Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 10:24
"Üçtərəfli yeni bəyanat imzalana bilər".
Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib.
O bildirib ki, Moskva sərhədlərin müəyyənləşdirilməsi üçün yeni bir bəyanatın hazırlanmasına çalışır:
"Dünən Rusiya Prezidenti Vladimir PutinŞ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan arasında keçirilmiş telefon danışıqları bunu deməyə əsas verir.
Bakı, İrəvan və Moskvanın sərhədlərin müəyyənləşdirilməsinə dair yeni bir bəyanatın hazırlanması üzərində danışıqlar getməsi haqqında müəyyən müşahidələr mövcuddur.
Tərəflər arasında üçtərəfli komissiya formalaşa və yeni yaranan komissiyanın əsas fəaliyyəti Ermənistan və Azərbaycanın sərhədlərini mövcud xəritələr əsasında müəyyənləşdirmək məsələsini həll edə bilər. Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında analoji komissiya fəaliyyət göstərir. Lakin burada ən böyük problem Ermənistanın işğalçılıq siyasəti üzündən Bakı ilə İrəvan arasında diplomatik münasibətlərin olmamasıdır.
Sərhəddə yaranmış vəziyyət permanent şəkildə davam edə bilməz. Bu gün KTMT-ilə yanaşı, Ermənistanın NATO-ya da müraciət ünvanlanması Rusiyanın strateji maraqlarına uyğun deyil.
Zəngəzur dəhlizinin açılması ilə bağlı 11 yanvar tarixindən fəaliyyət göstərən işçi qrupunun əldə etdiyi razılıqlar da yeni bəyanata əlavə oluna bilər. Sayca üçüncü olacaq bəyanatlar arasında səbəb-nəticə əlaqəsinin yaradılması sülhün dayanıqlığını daha da artıra bilər".
Təhməz Əsədov