Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti: Avropa İttifaqı post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər

Azərbaycan Prezidenti: Avropa İttifaqı post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər

Tarix: 20 May 2021 19:39

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrdə bildirib.

Avropa İttifaqının 28 ölkəsindən 9-u ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını, yaxud qəbul edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, bu da bizim Aİ ilə yaxşı strateji tərəfdaşlığımızın olduğunu nümayiş etdirir.

"Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin mətninin demək olar ki, 90 faizdən çox hissəsi razılaşdırılıb. Biz Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsini planlaşdırırıq. Bu da Avropanın təbii qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək. Aİ post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər və biz daha fəal əməkdaşlıq etmək istərdik", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti Avropa İttifaqı post münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər


RƏYLƏR