Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Tarix: 21 May 2021 10:28

"Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib".

Sonxeber.net bildirir ki, bunu mətbuata açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.

Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: "Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək".


Etiketlər:  Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ