Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Motosiklet sürücüsü qəzada ölüb

Motosiklet sürücüsü qəzada ölüb

Tarix: 21 May 2021 12:54

Masallı rayonu ərazisində motosiklet minik avtomobili ilə toqquşub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Xırmandalı kəndi ərazisində baş verib.

1958-ci il təvəllüdlü Hüseyn Əli oğlu Səfərovun idarə etdiyi motosikletlə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Qəzada ağır kəllə-beyin travması alan H.Səfərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Motosiklet sürücüsü qəzada ölüb


RƏYLƏR