Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbiristanlıqdan xeyli silah-sursat aşkarlandı - VİDEO - FOTO

Qəbiristanlıqdan xeyli silah-sursat aşkarlandı -  VİDEO - FOTO

Tarix: 21 May 2021 13:24

Xaçmaz rayonunda silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Üryanoba kəndi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən döyüşə yararlı 1290 ədəd 7.62 mm-lik və 134 ədəd 5.45 mm-lik patronlar, 2 ədəd aviabomba hissəsi, 6 ədəd avtomat darağı və ümumilikdə 108 ədəd müxtəlif növ təlim mina və qumbaraları aşkar olunub.

Sursatların tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.


Etiketlər:  Qəbiristanlıqdan xeyli silah sursat aşkarlandı VİDEO FOTO


RƏYLƏR