Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya bu peyvəndlərdən istifadə edəcək - Rəsmən təsdiqlədi

Yaponiya bu peyvəndlərdən istifadə edəcək - Rəsmən təsdiqlədi

Tarix: 21 May 2021 21:14

Yaponiya hökuməti bu gün "Moderna" və "AstraZeneca" peyvəndlərindən istifadəni rəsmi olaraq təsdiqləyib.

Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Moderna" peyvəndinin Tokio və Osaka şəhərindəki Özünümüdafiə Qüvvələri tərəfindən idarə olunan kütləvi peyvənd mərkəzlərində və bəzi prefekturalar və bələdiyyələr tərəfindən yaradılan oxşar obyektlərdə tətbiq edilməsi planlaşdırılır.

Bundan əlavə Səhiyyə Nazirliyi qan laxtalanması ilə bağlı narahatlıqlar fonunda "AstraZeneca"nı ölkənin peyvənd qanununun əhatə etdiyi vaksinlər siyahısına əlavə etməyi planlaşdırmır. Qanun hökumətin təsdiqlənmiş preparatlarla vaksinasiyanı tam maliyyələşdirəcəyini və peyvənd nəticəsində yaranan sağlamlıq problemlərinin müalicəsini ödəyəcəyini nəzərdə tutur.

Qeyd edək ki, indiyə qədər ölkədə vaksinasiya "Pfizer" peyvəndi ilə aparılırdı. Peyvəndlənmə nisbəti baxımından Yaponiya bir çox ölkədən geri qalır.

Vaksinasiya proqramının başladıldığı fevral ayından etibarən, ölkə əhalisinin təxminən 4 faizi birinci doza peyvənd qəbul edib.

Baş nazir Yoşihide Suqa peyvəndlənmə sayını gündəlik 1 milyona çatdıracağına və yaşlılar üçün vaksinasiya prosesinin iyul ayının sonuna qədər tamamlanacağına söz verib. /medicina.az


Etiketlər:  Yaponiya peyvəndlərdən istifadə edəcək Rəsmən təsdiqlədi


RƏYLƏR