Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 17:21
Bakı. Sara İsrafilbəyova - Trend:
Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) buraxdığı manat istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Samir İsmayılov deyib.
O bildirib ki, avqustun 1-də Bakı Fond Birjasında QTİB-in 10 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib: “İstiqrazlara tələb 81 milyon manat təşkil edib”.
S.İsmayılov əlavə edib ki, istiqrazların çevrilməsi müddəti iki ildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin