Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 23:20
Birləşmiş Ştatlarda işsizliyə görə müavinət almaq üçün 440 mindən çox insandan yeni müraciətlər daxil olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatlar ABŞ Əmək Nazirliyinin həftəlik hesabatında əks olunub.
Hesabatda qeyd edilir ki, ötən həftə işsizliyə görə müavinət almaq üçün ilk dəfə müraciət edənlərin sayı 444.000 olub. Bu, əvvəlki həftədə müraciət edənlərin sayı ilə müqayisədə 34.000 azdır.
Sənəddə bildirilir ki, keçən ilin mart ayından etibarən işsizliyə görə müavinət verilməsi üçün təqribən 3,8 milyon yenilənmiş müraciət qeydiyyata alınıb. COVID-19 pandemiyası səbəbindən Amerikada on milyonlarla işçi işini itirib. Bununla bağlı iqtisadi çətinliklər üzündən belə müraciətlərin sayı artmaqdadır.
Dövlət yardımı, stimullaşdırma tədbirləri, habelə koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə ABŞ iqtisadiyyatının bərpasına yönəlib.