Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 17:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı ETSN-ə daxil olan şikayət Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.
Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin