Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyə yaşlandıqca görmə qabiliyyəti pisləşir?

Niyə yaşlandıqca görmə qabiliyyəti pisləşir?

Tarix: 22 May 2021 17:30

50 yaşa doğru insanların çoxu görmə problemi ilə qarşılaşır. Alimlər bunu gözlərin arxa divarlarında zülal və kalsiumun yığılması ilə əlaqələndirirlər. 

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, İngiltərədən olan tədqiqatçılar yaşla əlaqəli görmə zəifliyi ilə mübarizəyə kömək edə biləcək əhəmiyyətli bir kəşf ediblər. Alimlər gözlərin arxasında təhlükəli minerallaşmış kalsium birləşmələri əmələ gətirən amelotin adlı bir zülal  kəşf ediblər.
Bundan əlavə, alimlər belə qənaətə gəliblər amelotinin meydana gəlməsi bədəndə qida çatışmazlığına səbəb olur. Beləliklə, bu zülalın yaranmasına mane olmaqla kalsiumun çökməsini və makula deqradasiyasını yavaşıtmaq olar. Bu zaman oksigen və qida maddələrinin torlu qişanın işığa həssas hüceyrələrinə girişi yaxşılaşır və görmədə aydınlıq yaranır.

İndi İngilis mütəxəssislər amelotin zülalının əmələ gəlməsini  dayandırmağın yolları üzərində işləyirlər. Buna müvəffəq olsalar, müalicə olunanlar yaşla əlaqədar görmə itkisi problemindən qaça biləcəklər.


Etiketlər:  Niyə yaşlandıqca görmə qabiliyyəti pisləşir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR