Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roza Zərgərli İlhamə Bədəlovadan üzr istədi

Roza Zərgərli İlhamə Bədəlovadan üzr istədi

Tarix: 22 May 2021 20:04

Xəbər verdiyimiz kimi "Maşın" realiti-şousunun canlı yayımında aparıcı İlhamə Bədəlovaya qarşı ittihamlarla çıxış etmiş müğənni Allahverdiya Roza məhkəmədə aparıcıya uduzdu. Məhkəmənin qərarı ilə Roza üzr istəməli və atdığı şəri təkzib etməli idi.

Nəhayət, təkzib videosu mediaya təqdim edildi.

Sonxeber.net təkzib videosunu və məsələ ilə bağlı İlhamə Bədəlovanın açıqlamasını sizə təqdim edir:

"Son illərdə yayımlanmasa da, illərdir milyonları efirə kilidləyən, sosial şəbəkələrdə və mediada iştirakçıları, hadisələri, qalmaqalları ilə rezonans doğuran "Maşın" realiti şousunda Roza Zərgərli ilə aramda yaranan mübahisəyə münasibət bildirmək istəyirəm. Ola bilər ki, bu yaşananlar hazırda aktuallığını itirsin, amma mən ünvanıma səslənən sərt ifadələri hələ də unutmamışam.

Allah hamıya beyin verib və hamının özünü idarə edə biləcək ağlı var. Nədənsə bir çoxları kimlərinsə özəlini, eyibini ortaya çıxartmaqla qəhrəmanlıq edir. Gələk əsas məsələyə. Xəstə bir işçinin işdən qovulması və ondan mənə xəstəlik keçməyindən qorxduğumu ifadə edən Roza Zərgərlini məhkəməyə verdim.

Bu iş məhkəməyə getmədən öncə dəfələrlə Rozaya efirə çıxıb səhvini etiraf etməyini xahiş etdim, hətta o xəstə dediyi insanla olan telefon danışığımı da ona  dinlətdim. Telefon danışıqları Rozanın və atasının ünvanına qeyri-etik kəlmələrlə dolu səs olsa da, mən bugünə qədər heç bir sosial səhifədə yayımlatmadım. Tərbiyəmə sığınaraq heç vaxt bunu etməyəcəyəm! Eşit və nəticə çıxart desəm də, Roza sadəcə dinləməklə kifayətləndi. Prosedur gərəyi mən bütün materialları məhkəməyə təqdim etdim. Halbuki yerli məhkəmədə bunu etməmişdim və qanuna sığınaraq haqq-ədalət axtarmışdım. Roza qalib çıxdıqdan sonra mən səssizliyimi pozdum, Apelyasiya məhkəməsinə, məhkəmə ekspertizasına, Ali məhkəməyə qədər getdim. Qərar mənim xeyrimə çıxdı, çünki haqlı olan tərəf mən idim.

Artıq bu gündən sonra mən heç kimdə əxlaqi dəyər axtarmıram. Bəli, yanımda xəstə deyilən bir deyil, bir neçə insan çalışıb. Hazırda əlil olan işçilər də var. Mənim televiziya kanalında kimisə işə götürmək və onu işdən azad etmək, qovmaq kimi səlahiyyətim yoxdur. Bəlkə də o insan Rozanın yanına geri qayıtmaq üçün mənimlə bağlı yalan məlumatlar verib, amma maraqlısı budur ki, heç kim mənə sual vermədi ki, ay İlhamə, sən bu insanın xəstə olduğunu hardan bilirsən? Bax, bu məqamda mənə gözəl davranış, düşüncə, sağlam şəkildə mühakimə yürütməyə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətlərimi sərgiləyərək, bəzilərində heç olmayan vicdanımla cavab verəcəyəm. Bacardığım qədər məndən kömək istəyən, onlarla, bəlkə də yüzlərlə insana  kömək etmişəm və əsla qarşılıq gözləmədən öz əməllərimə hələ də davam edirəm. O insanı mən öz hesabıma düz bağırsağındakı problemə görə əməliyyata göndərdim. Lakin əməliyyat olunmadı, çünki laboratoriya analizlərinin cavabına görə (4 yerdə yoxlatdıq) bu insanda QİÇS (Qazanılmış immun çatışmazlığı sindromu-İİV (İnsanda immunçatışmazlığı virusu) infeksiyası fonunda inkişaf edən xəstəlikdir) aşkarlandı. Klinikadan gələn zəng bu oldu ki, İlhamə xanım, biz bu insanı əməliyyat etsək həm həkimləri, həm də əməliyyat olunacaq xəstələri riskə atmış olarıq. Burada eyib heç nə yoxdur, nə də o insan cinayət işlətməyib! Heç kim bu həyatda xəstəlikdən  sığortalanmayıb! Özünə də məlumat verdim. Mən Türkiyədəki həkimlərlə əlaqə saxladım, bir neçə həmkarımla əlbir olub onu müalicəyə göndərmək istədim, amma o insan qəbul etmədi. İşdən ayrılma səbəbi  isə xəstəliyi olmadı".


Etiketlər:  Roza Zərgərli İlhamə Bədəlovadan üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ