Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2021 15:55
"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimli ötən gün baş tutan "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Samirə Əfəndini dəstəkləməyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Səmra İntsaqramın hekəyə bölməsində yarışmada "Loco-Loco" mahnısı ilə Serbiyanı təmsil edən "Hurricane" qrupunu dəstəklədiyini bildirib. O, Serbiyaya səs göndərdiyi görüntüləri İnstaqramın hekəyə bölməsində yayımlayıb.
Qeyd edək ki, 2016-cı ildə "Eurovison" müsabiqəsində "Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olmuşdu. Ötən gün keçirilən finalda Samirə Əfəndi isə 65 xalla 20-ci, Səmra Rəhimlinin dəstəklədiyi Serbiya qrupu isə 102 xalla 15-ci yerdə qərarlaşıb.