Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk dəfə küsülü olmalarının səbəbini açıqladı

İlk dəfə küsülü olmalarının səbəbini açıqladı

Tarix: 24 May 2021 13:55

Müğənni Günel Zeynalova Əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan qalmaqalın səbəbini açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "ATV maqazin onlarla" proqramının "33 sual" rubrikasında danışıb. O, Seyidcahanın onunla bağlı dediyi qalmaqallı sözlərin səbəbinin bəstə olduğunu deyib:

"Türkiyəyə getməzdən əvvəl tanışıq. O vaxt belə mahnılar oxumurdu. Yəqin indi deyir, belə tanınıram. Gözəl ürəyə sahibdir, yaxşı mahnıları var. Bilirəm ki, kassasında gözəl bəstələr saxlayır. Onlardan birini oxuyardım.

Bir mahnı vermişdi - "Xəstə". Sözləri belə idi: Atam ölüb, anam xəstədir, dərmana pulumuz yoxdur. Hələ də xatırlayıram, özümdən uydurmamışam. Elə bil ki, hər şeyimi itirmişəm, qalmışam ortalıqda. Dedim ki, bunu yox, başqa mahnı oxuyuram. Həmin ərəfədə İbrahim Tatlısəslə tanış olduq, mən getdim İstanbula. Hər gün bizə zəng edirmiş ki, mahnım hanı. Dedim ki, oxumuram, başqa mahnı oxumalıyam. Hadisə belə olub.

Haqqımda nə deyibsə, canı sağ olsun. Mənə elə mahnı yazsın ki, ciddi, mənə aid olsun. Bəziləri ona lağ edir, saçlarını belə, elə edir. Mən də edərəm, gözəl sənətkarlar belədir. Qiymət bilmək lazımdır".


Etiketlər:  İlk dəfə küsülü olmalarının səbəbini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ