Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Tarix: 24 May 2021 17:26

May ayının 16-dan 23-ü tarixlərinədək 121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 110 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 2 şəhid ailəsi və qazinin təhsil xərcləri ödənilib.

Qeyd olunub ki, daha 227 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 80 şəxsin tibb xərclərinin ödənilməsi və 13 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.


Etiketlər:  şəhid qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ