Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ağzınızı bağlayın! Ölkəni və ordunu döyüşə hazırlayın” - Babayandan müharibə anonsu

“Ağzınızı bağlayın! Ölkəni və ordunu döyüşə hazırlayın” - Babayandan müharibə anonsu

Tarix: 24 May 2021 19:44

"Problemi həll edə bilmirsinizsə ağzınızı bağlayın, ordunu və ölkəni möhkəmləndirin".

Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri qondarma rejimin Təhlükəsizlik Şurasının sabiq katibi Samvel Babayan jurnalistlərə açıqlamasında səsləndirib.

O Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın "Ermənistan Azərbaycana deyil, seçilmiş yola məğlub oldu" açıqlamasını şərh edib: "Silah əldə edilsəydi, ordu hazırlansaydı bütün bunlar olmazdı. Heç bir şey edilmədi və məğlub oldular. 1992-ci ildə bütün insanlar, o cümlədən də müxalifət sənin Şaumyan (Goranboy ərazisində inzubatı rayon) və Mardakert (Ağdərə) rayonlarını təhvil verməyə razı olduğun haqda danışırdılar. Buna inanmaq lazım idi? Axı niyə? Döyüşə bilmədiyimiz üçün, hazır deyildik deyə?.  Amma vəziyyət dəyişən kimi irəlilədik, hamı reallığı unudaraq qalib gələn prezident haqda danışmağa başladı. Eyni hal indi də baş verir. Türklərin (red. Azərbaycan nəzərdə tutulur) irəliləməsindən 10 gündən çoxdur vaxt keçib və hamı bu barədə danışır. Cavab isə yoxdur. Ancaq mənə cavab verdilər: "Eybi yox, biz hər şeyi avtomatlarla saxlayacağıq" - deyə Babayan vurğulayıb.


Etiketlər:  Ağzınızı bağlayın Ölkəni ordunu döyüşə hazırlayın Babayandan müharibə anonsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ