Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 22:50
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 178 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 216 min 655 nəfər test edilib, onların 7 min 523-nun koronavirus testi pozitiv nəticə verib, 11 min 003 nəfər sağalıb, min 745 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 46 min 446 nəfər ölüb.
Türkiyədə indiyədək 5 milyon 194 min 010 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 34 min 316 nəfəri müalicə olunaraq evə buraxılıb.