Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluq məhkəməyə müraciət edəcək - SƏBƏB

Baş Prokurorluq məhkəməyə müraciət edəcək - SƏBƏB

Tarix: 25 May 2021 12:08

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan Sonxeber.net-a verilən məlumata görə, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşamışlar.

Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulmuşdur.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.


Etiketlər:  Baş Prokurorluq məhkəməyə müraciət edəcək SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ