Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın Kiprə səfər proqramı açıqlandı

“Qarabağ”ın Kiprə səfər proqramı açıqlandı

Tarix: 3 Avqust 2019 11:24

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində avqustun 6-sı APOEL-lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, Ağdam təmsilçisi avqustun 4-ü, yerli vaxtla saat 17.30-da çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşəcək. Təyyarənin uçuşdan 3 saat sonra – Kipr vaxtı ilə 19.30-da enəcəyi planlaşdırılır.

Avqustun 5-i yerli vaxtla saat 19.15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 19.30-da isə komandanın oyunun keçiriləcəyi Nikosiya stadionunda məşqi nəzərdə tutulub.

Avqustun 6-sı Bakı vaxtı ilə saat 21.00-da “Qarabağ”ın APOEL-lə görüşü başlanacaq. Oyundan dərhal sonra komanda Bakıya qayıdacaq.

 


Etiketlər:  Qarabağın Kiprə səfər proqramı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ