Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 22:52
Microsoft şirkəti Windows-un sadələşdirilmiş versiyasının tamamilə ləğv olunması barəsində gəzən məlumatları təsdiqləyib. Şirkətin verdiyi məlumata əsasən söhbət, layihənin təxirə salınmasından getmir. Windows 10X layihəsi bir dəfəlik bağlanıb. Buna bamayaraq işıq üzü görməmiş əməliyyat sistemində reallaşdırılması planlaşdırılmış faydalı funksiyalar adi Windows 10-a inteqrasiya olunacaq. Windows 10X üzərində işlərin dayandırılması barəsində xəbəri Microsoft öz rəsmi bloqunda qeyd edib.
Bununla belə o bildirib ki, sözgüedən məliyyat sisteminin yaradılması üçün sərf olunmuş zaman heç də boşa getməyib. Belə ki, Windows 10X-in bəzi funksiyaları artıq Windows 10-a inteqrasiya olunub. "Əvvəlki plana əsasən bu il Windows 10X adlı məhsulu təqdim etmək əvəzinə biz öz təcrübəmizdən mənfəət əldə etmişik və Windows 10X-in əsas texnologiyalarının Windows-a və şirkətin digər məhsullarına inteqrasiyasın sürətləndiririk" - deyə şirkət qeyd edib. Ləğv edilmiş əməliyyat sisteminin bəzi funksiyaları Windows 10-un test versiyalarında artıq reallaşdırılıb.