Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qara kif'' xəstəliyinin əlamətləri: Bütün dünyaya yayıla bilər

''Qara kif'' xəstəliyinin əlamətləri: Bütün dünyaya yayıla bilər

Tarix: 26 May 2021 20:32

"Qara kif" xəstəliyi Hindistanda artmaqda davam edir. Hindistanlı həkimlər tərəfindən koronavirusu keçirmiş 100-dən çox "qara kif" xəstələri üzərində aparılan araşdırmada, yoluxanların 79-nun kişi, 83-nün isə qadın olduğu ortaya çıxıb.

Bəs "qara kif" xəstəliyi nədir? Əlamətləri hansılardır?

Sonxeber.net xəbər verir ki, tibb dünyasında "mukormikoz" olaraq bilinən, nadir rastlanılan göbələk xəstəliyidir. Xalq arasında "qara kif", "qara göbələk" xəstəliyi də deyilir. Daha çox torpaq, gübrə və bitkilərin çürüyüb toprağa tökülməsi ilə yaranan "qara göbələk" immun sistemi zəif olan, diabet, HIV (AIDS), kimyaterapiya alanlar kimi orqanizmi zəif olanlarda rastlanılır.

Bu virus qana qarışaraq bütün orqanizmə, xüsusən beyinə, ağciyərlərə, burun içinə və gözlərə zərər verir. Erkən diaqnozu qoyulmadıqda və müalicə edilmədiyi zaman %50 öldürücü xüsusiyyətə malik olan xəstəlikdir.

ƏLAMƏTLƏRİNƏ DİQQƏT!

Baş ağrısı, gözlərdə şişkinlik, üzün təktərəfli şişməsi, burun içi və üzdə qaralıqlar, qusma, qanlı öksürək, yüksək temperatur, nəfəs darlığı, sinə ağrısı, yaddaş bulanıqlığı xəstəliyin əlaməti ola bilər.

Erkən müalicə ilə xəstə sağa bilər. Ən təsirli müalicə isə Amfoterisin-B maddə tərkibli göbələk dərmanıdır.

Kimlər risk altındadır?

İmmun sistemi zəif olanlar, kimyaterapiya kimi dərmanları qəbul edənlər, diabet xəstələri və artıq çəkili insanlar risk altındadırlar. Bundan başqa, daha çox topraq, bitki və tərəvəz işi ilə məşğul olanlarda risk altındadırlar.

Mütəxəssilər bildirirlər ki, hazırda narahat olunacaq bir durum yoxdur. Alınacaq önləmlərlə virusun digər ölkələrə yayılmasının qarşısı alına bilər. /medicina.az


Etiketlər:  Qara xəstəliyinin əlamətləri Bütün dünyaya yayıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ