Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 09:42
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.
Sonxeber.net bildirir ki, paytaxt üzrə ən yüksək yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb.
Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,2 %-lə Yasamal, 11,2 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7,2 %-lə Xəzər, 7,1 %-lə Nizami 5 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.