Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq Artisti xəstəxanaya yerləşdirildi

Xalq Artisti xəstəxanaya yerləşdirildi

Tarix: 27 May 2021 12:42

Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

Milli.Az Report-a istinadən xəbər verir ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli açıqlamasında bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

"Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz.
 
Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır".

Milli.Az


Etiketlər:  Xalq Artisti xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ