Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 10:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 28 May - Respublika Günü ilə bağlı paylaşım edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Sizi 28 May - Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!"