Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 13:51
"Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, habelə Qarabağla bağlı danışıqlarda tamhüquqlu tərəf deyilik".
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, Ermənistanın hazırda ümidi sadəcə, Rusiyayadır: "Lakin Rusiya bu problemi həll edə bilməsə, onu ittiham etmək olmaz".
İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan Robert Köçəryan başçılıq etdiyi "Ermənistan" blokunun fəallarının Kotayk vilayətinin sakinləri ilə görüşünə qatılıb.
Görüşdə Robert Köçəryan deyib: "Azərbaycanla dövlət sərhədimizin bir çox yerlərdə dəqiqlşədirməyə ehtiyacı var. Bu, uzun prosesdir. Uzun illər boyu Gürcüstanla demarkasiya ilə məşğul olmuşuq. Yetərincə problematik, torpağın hər metri uğrunda danışıqların getdiyi prosesdir. Adətən sərhədin bir hissəsində demarkasiya tez başa çatır. Lakin elə mübahisəli hissələr də olur ki, onlarla bağlı uzun-uzadı danışıqlar aparılır".
Köçəryan Azərbaycan-Ermənistan sərhədinin dəqiq müəyyənləşdirmədiyini etiraf edəndən sonra Ermənistanın indiki acınacaqlı, fəlakət vəziyyətindən bəhs edib.
"Çox zəif, pis vəziyyətdəyik. Prosesə başlayıbsansa, danışıqların güclü, tamhüquqlu tərəfi olmayınca, ayağa qalxmayınca onu tez bitirməməlisən. İndi zəif tərəfik. Ümidimiz sadəcə, Rusiya olduğundan, kimin nə deməyindən asılı olmayaraq, dərhal Rusiyaya ötürmə olur. Burada təhlükəli məqam da var. Əgər məsələ həll olunmursa, ermənilərin şüurunda belə fikir yaranır ki, Rusiya istəmir. Halbuki günah səndədir", - R.Köçəryan deyib.