Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyərti ilə qidalanmaq damar divarındakı problemləri aradan qaldırır

Göyərti ilə qidalanmaq damar divarındakı problemləri aradan qaldırır

Tarix: 28 May 2021 21:12

Gündəlik rasionda göyərtilərin özünəməxsus yeri var. Tərkibi mikro və makro elementlər, vitaminlər, amin turşuları və qida lifləri ilə zəngin olan göyərtilər orqanizmə müsbət təsir göstərir, hətta bir çox xəstəliklərin qarşısını alır. Yaşıl kələm, kahı, cəfəri, zəncəfilotu, ispanaq, çuğundur yarpağı, pazı, Çin kələmi, tərə və tərxun ən faydalı göyərtilər hesab edilir.

Sonxeber.net bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Göyərti zülallardan, hətta ət məhsullarından daha əhəmiyyətlidir, çünki onun tərkibində 8 amin turşusu və xlorofil var. Xlorofil insan orqanizmini oksigenlə zənginləşdirir. Orqanizmdə oksigen kifayət qədər olduqda virus, bakteriya və digər yad cisimlər məhv olur. Göyərti ilə qidalananlarda onkoloji xəstəliklər yaranması 50-60 faiz azalır. Müxtəlif mineral və vitaminlərlə zəngin olan həmin göyərtilər həzm sisteminə yaxşı təsir edir, beynin inkişafını gücləndirir, sümükləri möhkəmləndirir, toxumaları yaxşılaşdırır. Onlarla qidalanmaq damar divarındakı problemləri də aradan qaldırır, qanı təmizləyir".

Sarımsaq yemək arterial təzyiqə müsbət təsir göstərir, eyni zamanda dilin üstündə olan ərpi aparır, şüyüd yeyilməsi ur və köp zamanı faydalıdır, keşniş əsəbləri sakitləşdirir. Qida qəbulundan dərhal sonra mədədə şişkinlik əmələ gəlirsə, xörəyi keşnişlə yemək lazımdır.

Ağız qoxusuna qarşı çoxlu cəfəri yemək məsləhət görülür. Cəfəri iyi qovmaqla yanaşı, qanı qatılaşdırır. Onun tərkibində olan K vitamini qanaxmaya meyilli olanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalı təsir göstərir.


Etiketlər:  Göyərti ilə qidalanmaq damar divarındakı problemləri aradan qaldırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ