Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi qidaların birlikdə yeyilməsi fəsad verə bilər

Bəzi qidaların birlikdə yeyilməsi fəsad verə bilər

Tarix: 29 May 2021 01:03

Qidalanma çox mühüm və ciddi prosesdir və bu zaman müəyyən qaydaları gözləmək lazımdır. Hətta həmin proses zamanı qəbul edilən qidaların uyğunluğu da nəzərə alınmalıdır. Çalışmaq lazımdır ki, qida bir çeşiddən ibarət olsun, çünki qidanın çeşidi artdıqca problemlər də yaranır.

"Bəzən yeməkdən sonra ürəkbulanmalar, zəhərlənmələr əmələ gələ bilər, həmin qaydaları gözləməklə mədə-bağırsaq pozulmalarından və digər ağır fəsadlardan qorunmaq olar", - deyə həkim-fitoterapevt Fizuli Hüseynov bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, o, qidalanma zamanı bir sıra uyğunsuzluqlar barədə də məlumat verib: "Qatıqla birlikdə balıq, yemişlə birlikdə bal yeyilməsi çox ağır zəhərlənməyə səbəb ola bilər.

Çiriş qovrularaq yeyilən bir göyərtidir, onu əvvəlcə 10 dəqiqə qaynadıb sonra qovurmaq lazımdır. Onun qaynadılmaması güclü ürəkbulanma və qusmaya səbəb olur. Qatıqla sirkənin yeməklərdə birlikdə istifadə olunması zəhərlənmə verə bilər. Südlə təzə pendir, südlə balıq, südlə qatığın birlikdə yeyilməsinin mədə-bağırsaq pozulmalarına səbəb olması mümkündür. Üzəri gümüşü falqaya bükülmüş və bişirilmiş əti qətiyyən yemək olmaz. Onun çox güclü bir konserogen olduğu və hətta xərçəngin əmələ gəlməsinə səbəb ola biləcəyi müəyyən edilib. Təndirdən təzə çıxmış toyuq ətini qətiyyən bükmək olmaz, yalnız ət soyuyandan sonra onu bükmək olar. Süd, ayran və bananın birlikdə yeyilməsi də mədə-bağırsaq pozulmasına səbəb ola bilər".


Etiketlər:  Bəzi qidaların birlikdə yeyilməsi fəsad verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ