Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 18:00
Vyetnam Səhiyyə Nazirliyi mövcud Britaniya və Hindistan ştammlarına xas olan koronavirusun yeni variantının tapıldığını elan edib.
Sonxeber.net lenta.ru-ya istinadən xəbər verir ki, bu haqda məlumatı VnExpress nəşri yayıb.
Vyetnamın Səhiyyə naziri Nguyen Thanh Long deyib ki, bir neçə xəstənin analizlərində indiyədək yayılan iki ümumi koronavirus variantı tapılıb.
Nəşr yazır ki, kovidin Vietnam hibrid növü daha yoluxucudur və hava yolu ilə asanlıqla insanlara ötürülür.
Mənbə bildirir ki, koronavirusun yeni versiyası ölkədə qeydə alınan yeni xəstəlik hallarının sayının sürətlə artmasına səbəb olub.
Kamran Seyidov