Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 22:54
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə dəniz gəzintisinə çıxıblar.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko hələ də Rusiyada səfərdədir, dünən və bu gün iki prezidentin - Lukaşenko və Putinin ünsiyyəti olub", - Kremlin nümayəndəsi deyib.
Peskov xatırladıb ki, cümə günü liderlərin rəsmi danışıqları olub.
"Bu gün bu danışıqların qeyri-rəsmi hissəsidir", - Peskov qeyd edib.