Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda dövlət qurumlarının işi iflic oldu

İranda dövlət qurumlarının işi iflic oldu

Tarix: 30 May 2021 11:30

Mayın 29-da İranın paytaxtı Tehranda ən azı 33 dövlət qurumunun binası elektriksiz qalıb.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, belə vəziyyət İranda ilk hal deyil. Belə ki, ölkənin böyük şəhərlərində - Tehran, İsfahan, Təbriz, Kirmanşah, Qəzvin, Şiraz və Həmədanda tez-tez analoji vəziyyət təkrarlanır. Nəticədə məktəb və universitet tələbələri üçün dövlət imtahanları davamlı olaraq təxirə salınır, mühüm sənaye obyektlərinin işi dayandırılır, ictimai nəqliyyatın hərəkəti isə iflic olur.

Belə acınacaqlı vəziyyətin davamlı yaşanmasına səbəb kimi su ehtiyatlarının azalması, hidroelektrik stansiyalarının inkişaf etməməsi göstərilir.


Etiketlər:  İranda dövlət qurumlarının işi iflic oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ