Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahirə xaricdən daha bir təklif – bu dəfə superliqadan

Mahirə xaricdən daha bir təklif – bu dəfə superliqadan

Tarix: 4 Avqust 2019 09:36

“Qarabağ”ın hücumçusu Mahir Mədətova xaricdən daha bir təklif gəlib.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Türkiyə superliqa təmsilçisi “Gənclərbirliyi” 21 yaşlı futbolçunun transfer etmək üçün Ağdam klubuna rəsmi müraciət edib. Ankara təmsilçisi Mahiri hələlik 1 illik icarə qaydasında heyətinə cəlb etmək istəyir.

Bundan başqa, İspaniya Sequndasında çıxış edən “Estremadura” klubunun da Mahiri heyətində görmək fikri ciddidir. Bununla əlaqədar “Qarabağ”a rəsmi təklif irəli sürülüb.

“Qarabağ”ın Mahirin transferi ilə bağlı yaxın vaxtlarda qərar verəcəyi gözlənilir. Onun elə bu yay xarici klublardan birinə keçidi ehtimalı yüksəkdir.

 


Etiketlər:  Mahirə xaricdən daha təklif dəfə superliqadan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ