Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 12:50
Moskva vilayətinin Şelkovo şəhərində ailə başçısı həyat yoldaşını və iki qızını qətlə yetirib. Bundan sonra isə özünə qəsd edib.
Sonxeber.net xəbər verir ki, bu barədə telegram-канал LIFE SHOT məlumat yayıb. İlkin məlumata görə, 42 yaşlı Tacikistan sakini 40 yaşlı xanımı ilə mübahisə edib. İnsident barədə qonşular xəbər tutub. Onlar evdən pis iy gəldiyini hiss edib, polisə zəng ediblər. İlkin məlumata görə, hadisə bir ay əvvəl baş verib.
Maraqlıdır ki, ailənin rjfah şəraiti yaxşı olub. Ata nazirlikdə departament rəhbəri olub. İlkin məlumata görə, qadın ərinin qumar oyunlarına həddən artıq alüdə olmasından narazı idi. Bu səbəbdən də iri məbləğdə borcları yığılmışdı.
Kamran Seyidov