Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lider''çilərin kanala vidası - FOTO

''Lider''çilərin kanala vidası - FOTO

Tarix: 1 Iyun 2021 06:36

Xəbər verdiyimiz kimi, iyunun 1-dən etibarən "Lider TV" fəaliyyətini dayandırır.

Milli.Az bakupost.az xəbər verir ki, telekanalın əməkdaşları bu gün "Lider TV"nin binasına toplaşıblar. Onlar arasında kanalın keçmiş əməkdaşları da olub. Bu kanaldan yolu keçənlər son gündə bir araya gələrək "Lider TV" ilə vidalaşıblar.

Qeyd edək ki, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

Milli.Az


Etiketlər:  Liderçilərin kanala vidası FOTO


RƏYLƏR