Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 09:44
Rusiya İstintaq Komitəsi Barnaulda 14 yaşlı məktəbliyə qarşı rəsmi ittiham irəli sürüb.
Sonxeber.net kp.ru-ya istinadən xəbər verir ki, məktəbli 11 yaşlı sinif yoldaşına qarşı əxlaqsız hərəkətlərə yol verməkdə ittiham olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Altay vilayətinin Barnaul (Rusiya) şəhərində 14 yaşlı üç qız təhsil aldıqları məktəbin digər şagirdinə qarşı sadist hərəkətə yol veriblər. Qurbanlarını uçuq binanın həyətinə gətirib plastik qabla zorlayıblar. Törətdikləri iyrəncliyi isə videoya çəkib qızın anasına göndəriblər. Baş verən insidentin səbəbləri bəlli deyil. Artıq faktla bağlı cinayət işi qaldırılıb. Bu cinayət üzrə isə onları 12 ildən 20 ilə kimi cəza gözləyir.
Kamran Seyidov