Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 11:00
Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan kritik parlament seçkiləri öncəsi əsas himayəçisi olan Fransa və Belçikaya səfərə yola düşüb. Erməni mediasının yazdığına görə, onun Parisdə prezident Emmanuel Makron və Senatın rəhbəri Jerar Larşe, Milli Məclisin spikeri Rişar Ferranla görüşləri nəzərdə tutulub. Sabah isə onun Belçikada Avropa Şurasının prezidenti Şarl Mişellə görüşü planlaşdırılıb. Proqrama Belçika Krallığının baş naziri Aleksandr de Kroo ilə görüşü də daxildir.
Seçki ərəfəsində Nikol Paşinyanın Avropa turnesi bir neçə məqsəd güdür. İlk növbədə bu ölkələrdən hərtərəfli maliyyə, siyasi dəstək almaq. Böyük ehtimalla bu səfəri ilə Rusiyaya da müəyyən mesajlar göndərmək istəyir. Moskvanı qoyub Parisə səfər etməklə daha çox onlara önəm verdiyini göstərmək istəyir. Moskvadan Nikola dəstək mesajları olsa da, baş nazir onlara tam etibar etmir. Və inanır ki, Moskva bu seçkilərdə namizədini dəyişə də bilər. Yəni Rusiyada böyük nüfuza malik Robert Köçəryan və yaxud Ara Abramyana önəm verilə bilər.
Başqa bir məqam ondan ibarətdir ki, Paşinyan Avropa səfərindən siyasi dividentlər əldə etməklə onlardan maliyyə alacağına da ümid edir. İqtisadi çətinliklər fonunda bu maliyyə ona hava-su kimi lazımdır. Əhali arasında müəyyən dəstəyə malik olsa da, seçiciləri ələ almaq üçün ona pul lazımdır. Onsuz da bütün seçkilərdə erməni elektoratı pulla ələ alınıb. Paşinyan da özündən əvəlki xəttə sadiq qalmağa üstünlük verib.
Beləliklə, Nikol Paşinyan üçün bu seçkilərin asan keçəcəyi inandırıcı görünmür. 44 günlük müharibədə məğlubiyyətin baiskarları qismində məhz onu görənlər az deyil. Azərbaycanla sərhəddə yaşananlardan sonra isə əhali arasında ona olan inam bir qədər də azalıb. Bütün bunların fonunda Nikol Paşinyanın da Avropa turnesinə çıxması başadüşüləndir. Mümkün qədər çox divident və maliyyə qoparmaq.
Azər Nuriyev