Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərtərlilər niyə icra başçısından narazıdır?

Tərtərlilər niyə icra başçısından narazıdır?

Tarix: 1 Iyun 2021 11:56

Məlum olduğu kimi, ötən gün Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranışıyla gündəmə gəlib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. İcra başçısı onun çıxışını videoya çəkən vətəndaşın üstünə qışqıraraq onunla "Yığışdır, al telefonu onun əlindən" deyə kobud şəkildə rəftar edib. 

Vətəndaşlar isə öz çıxışlarında M. Məmmədovun qəbuluna gedərkən icra başçısının onlarla küçə söyüşləriylə danışdığını, onlara zülm etdiyini iddia edirlər. Bildirirlər ki, rayon rəhbəri vətəndaşlara "Gedin hara şikayət edirsinizsə edin, mənlik deyil" şəklində cavablar verir. Ümumiyyətlə, sakinlər hər hansı problemlərinin həllində Müstəqim Məmmədov tərəfindən heç bir köməklik edilmədiyini bəyan edirlər. Yayılan videoda həbsdən çıxmış vətəndaşın qəbul zamanı yenidən həbslə hədələnməsi barədə iddia da qeyd olunub. 


Etiketlər:  Tərtərlilər niyə icra başçısından narazıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ