Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəhbər vəzifəsinin vacibliyi və inkişaf qaydaları

Rəhbər vəzifəsinin vacibliyi və inkişaf qaydaları

Tarix: 1 Iyun 2021 21:40

Rəhbər sözü müasir dövrdə artıq Lider sözü ilə əvəzləndirilir. Rəhbər - şirkətin mənfəətini güdərək, bir qrup insanları öz vəzifələrini laiqincə yerinə yetirməsinə sövq edən insana deyilir. Rəhbərin kimliyi yox, mənliyi çox vacibdir. Belə ki, ali savadı olmayan insan çox güclü rəhbər ola bilər, lakin yalançı və ya dələduz insan heç vaxt yaxşı rəhbər ola bilməz. Rəhbər insan hər zaman şirkətin mənfəətlərini güdməli amma qızıl kəsişməni yəni işcinin öz güvənini, etdiyi səhvə görə şirkətə gələn ziyana baxmayaraq əzməməlidir. Şirkətin inkişafı və deqrodasiyası işcilərindən asılıdır, işcidə öz inkişafını ancaq etdiyi səhvlər əsasında edə bilər.

Lider insan öz işcilərinə liderliyi təbliğ edə bilməz, çünki liderlik - tək olaraq digərlərindən seçilməkdir, işcilər arasında belə bir yanaşım tərzi qrup halında aparılan işlərdə digər işcilərdə demotivasiya halına gətirib çıxardar ki, buda öz növbəsində rəhbər tərəfindən ayrı seçkilik problemini yaradar və aparılan missiyanı yavaşladar. Buna baxmayaraq rəhbər öz işcilərinə mütəmadi olaraq individual yanaşmalı və onların həm iş həm prosedur həmdə lazımı gəldikdə şəxsi həyatında dəstək olmalıdır ki, işcilər onlara verilən dəyəri öz işlərində göstərsinlər. Misal olaraq, əgər bir qrup insana alma paylasaq kimisi deyər mənə balacası düşdü və ya xarab idi və s. Lakin həmin qrupun hər birinə individual şəkildə yanaşıb almanı təqdim etsək o şəxs özünə olan dəyəri hiss edəcək ki, rəhbərə qarşı bir etibar və məsuliyyət hissləri yaradacaq.

Əgər siz bir rəhbərsinizsə, mağazada, futbol komandasında,zavodda və ya holdinqdə fərq etmir, son 3 aylıq statistikanızı çıxardın. Bu vaxt ərzində siz hansı işcinizə nəyi öyrətmisiniz, işcinizə tapşırıq, tələb və hədəflərdən başqa nə vermisiniz? Nə zaman sonuncu dəfə işcinizdən apardığınız iş haqqında maraqlanmısınız, unutmayaq ki, kim döyüşdə öndədirsə oda bütün zəif və güclü nöqtələr haqqıda düzgün məlumatlıdır. İşcinin rəhbərə verdiyi məlumatlar şirkətin inkişafında böyük rol oynaya bilər, əgər rəhbər bunu dəyərləndirə bilirsə.

Hitler bir hərbiçisinin otağına daxil olanda öz böyük şəklinin altında arıq, cılız bir komandirlə rastlaşır və təəccüblə deyir: sizcə mənə dəyər verib özünüzü riskə atmağınıza dəyərmi?. Hərbiçi deyir: mənim üstümdə adi rəhbər yox aparıcım-idarəçim var...

Yəni rəhbərlik bir status yox bir dəyər olmalıdır.


Etiketlər:  Rəhbər vəzifəsinin vacibliyi inkişaf qaydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ