Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 21:57
Düzgün qidalanma saçları güclü və sağlam edir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu həkim-diyetoloq Svetlana Fus bildirib.
Saçları qorumaq üçün lazım olan vitamin və minerallardan danışan həkim hər şeydən əvvəl kollagen istehsalı üçün C vitamininə diqqət yetirib. Ümumiyyətlə, bu vitamin bədənə müxtəlif və balanslı qidalar yolu ilə daxil olur.
"Lisin də eyni zamanda kollagen sintezindən məsuldur. Bu amin turşusunun mənbəyi heyvan və bitki mənşəli məhsullardadır. Saçların böyüməsi və bərpasında ən vacib rol oynayan biotin və ya B7 vitamini əhəmiyyətlidir. C vitamini kimi biotin də müxtəlif qidalarda olur və bağırsaq bakteriyaları tərəfindən də istehsal olunur".
Diyetoloq bildirib ki, orqanizm üçün ən vacib olan vitaminlərdən biri də "B12" vitaminidir:
"Onun çatışmazlığına tez-tez vegeterian, xüsusən vegan pəhrizlərində və həzm sistemi xəstəliklərində rast gəlinir. Vücudda "B12" olmaması səbəbindən saçlar daha tez ağarır. Ət, balıq, yumurta və süd məhsulları kimi heyvan məhsullarında olur".