Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da atlantik qasırğalar mövsümü başlanıb: 20 tufan gözlənilir

ABŞ-da atlantik qasırğalar mövsümü başlanıb: 20 tufan gözlənilir

Tarix: 2 Iyun 2021 22:24

İyunun 1-də Atlantikada 6 aylıq qasırğalar mövsümü başlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu mövsümdə təqribən 20 tropik tufan gözlənilir. Həmin tufanların bir qismi güclənərək qasırğaya çevrilə bilər. Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin sinoptiklərinin proqnozlarına görə, təqribən 10 qasırğa yarana biləcəyi gözlənilir.

Son bir neçə ildə olduğu kimi 2021-ci il mövsümü də rəsmən qəbul edilmiş tarixdən (1 iyun) əvvəl başlanıb. Belə ki, "Ana" adlı tropik qasırğa mayın 22-də yaranıb. Növbəti tufanlar "Bill", "Klodett", "Denni" və "Elza" adlanacaq. Atlantik qasırğalar mövsümü rəsmən noyabrın 30-da başa çatacaq.

Xatırladaq ki, 2020-ci ildə qasırğalar mövsümü də fəal olub. Məsələn, ötən il ABŞ-da ən çoxsaylı ölüm halları ilə nəticələnən "Laura" qasırğası azı 40 nəfərin ölümünə səbəb olub. Avqustun 27-də Luiziana ştatında başlamış bu qasırğa zamanı küləyin sürəti saatda 200 kilometrə çatıb. Həm də ən dağıdıcı qasırğa olmuş "Laura" ölkə iqtisadiyyatına azı 14 milyard dollar zərər vurub.

Milli.Az


Etiketlər:  ABŞ atlantik qasırğalar mövsümü başlanıb tufan gözlənilir


RƏYLƏR