Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal miqyasda təmiz enerji investisiyaları 1,9 trilyon dollara çatıb

Qlobal miqyasda təmiz enerji investisiyaları 1,9 trilyon dollara çatıb

Tarix: 2 Iyun 2021 22:58

Qlobal miqyasda təmiz enerji investisiyaları cari ildə təqribən 10 faiz artaraq 1,9 trilyon dollara çatıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, lakin buna baxmayaraq, iqlim hədəflərinə çatmaq üçün qlobal miqyasda təmiz enerji investisiyaları daha sürətlə artmalıdır. Enerji investisiyalarında COVID-19 pandemiyası səbəbindən keçən il beşdəbir səviyyəsində azalma müşahidə olunmuşdu. Bərpaolunun enerjiyə yönələn dəyişiklik yeni elektrik enerjisi istehsal gücünə üstünlük təşkil edəcək və bu il ümumi həcmin 70 faizinə bərarbər olacaq. Nəticə etibarilə, 2021-ci il elektrik enerjisi sahəsindəki investisiyaların ənənəvi neft və qaz təchizatı investisiyalarını üstələdiyi altıncı il olacaq.

Bərpaolunan enerji sektoruna 2020-ci ildəki 359 milyard dollarla müqayisədə bu il 367 milyard dollarlıq sərmayə yatırılacaq. Cari ildə ənənəvi enerji sektorundakı investisiyaların keçənilki 113 milyard dollara nisbətdə 119 milyard dollara yüksələcəyi gözlənilir.

2021-ci ildə qlobal nüvə enerjisi investisiyalarının 44 milyard dollara çatacağı və ötənilki investisiyalardan 2 milyard dollar çox olacağı nəzərdə tutulur. Elektrik şəbəkələri və batareya saxlama sahəsində investisiyalarda əhəmiyyətli artım olacaq. Belə ki, bu sahəyə sərmayələr 2020-ci ildəki 265 milyard dollardan bu il 293 milyard dollara çatacağı proqnozlaşdırılır.


Etiketlər:  Qlobal miqyasda təmiz enerji investisiyaları trilyon dollara çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ