Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa çempionatında atletlərimiz qızıl və gümüş medallar qazanıblar

Avropa çempionatında atletlərimiz qızıl və gümüş medallar qazanıblar

Tarix: 2 Iyun 2021 23:42

Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək, yarışın qızıl medalını qazanıb.

Bu barədə Sonxeber.net-a Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən bildirilib.

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə daha bir idmançısı, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək, yarışın gümüş medalını qazanıb.

Beləliklə millimizin çempionatda qazandığı medalların sayı 3-ə çatıb. Daha öncə T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc medal qazanıb.


Etiketlər:  Avropa çempionatında atletlərimiz qızıl gümüş medallar qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ