Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir

Türkiyədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir

Tarix: 3 Iyun 2021 04:34

Türkiyədə ölkə əhalisi arasında piylənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın araşdırmalarının nəticəsi açıqlanıb. İki il yarım davam edən tədqiqatların nəticələrinə dair hazırlanan hesabata əsasən, qardaş ölkədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir ki, bu da ümumi əhalinin təxminən 34 faizini təşkil edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hesabatda piylənmə fərdin çəkisi, boyu, cinsiyyəti və irqi xüsusiyyətləri ilə təyin olunan dəyərlərin normadan üstün olduğu ciddi və xroniki bir xəstəlik olaraq qiymətləndirilir. Bundan əlavə artıq çəkinin ən asan görüləcək və eyni zamanda ən asanlıqla nəzərdən qaçacaq qlobal ictimai sağlamlıq problemi olduğu da müəyyən edilib. Qeyd olunub ki, problemin aradan qaldırılması üçün fizioloji və psixoloji mütəxəssislərin kompleks şəkildə fəaliyyəti mütləqdir.

Hesabatda artıq çəkinin səbəb olduğu xəstəliklər arasında ürək-damar, tənəffüs yolları, diabet və ümumilikdə endikrinoloji, depressiya və bu kimi bir sıra psixoloji problemlər yer alır.


Etiketlər:  Türkiyədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir


RƏYLƏR