Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda oqəza: bir ailənin 5 üzvü xəsarət alıb

Lənkəranda oqəza: bir ailənin 5 üzvü xəsarət alıb

Tarix: 3 Iyun 2021 08:18

Lənkəranda istirahətdən qayıdan qohumlar qəzaya düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində baş verib.

1999-cu il təvəllüdlü Yusif Nəhmətovun idarə etdiyi "VAZ 2104" markalı avtomobil qəzaya uğrayıb. Avtomobildə olan sərnişinlər - 1967-ci il təvəllüdlü Rasif Cəfər oğlu Qəmbərov, 1975-ci il təvəllüdlü Naibə Balağa qızı Qəmbərova, 1977-ci il təvəllüdlü Sahibə Balağa qızı Həsənova, 2003-cü il təvəllüdlü İlqarə İbrahim qızı Həsənova və 2013-cü il təvəllüdlü Asim Rasim oğlu Qəmbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Lənkəranda oqəza ailənin üzvü xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ