Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 20:00
Türkiyənin Giresun bölgəsinin Şebinkarahisar ilçəsində avtomobil 4 yaşlı uşağı vuraraq öldürüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Ceylan ailəsinin 7 qızdan sonra olan oğlu Zafer Ceylanı evdən mağazaya gedərkən yolda avtomobil vurub. Qəza nəticəsində 4 yaşlı uşaq xəsarət alıb. Xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən Adem Coşkun tutulub.