Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 10:34
Təbriz şəhər Qeydiyyat İdarəsi Türkay adı ilə doğum şəhadətnaməsi verməyə məcbur oldu
Azərbaycanlı valideynlərin şikayəti əsasında Təbriz şəhər Məhkəməsi Türkay adı ilə doğum haqqında sənəd verilməsi barədə qərar çıxarıb.
Sonxeber.net bildirir ki, İranın Şərqi Azərbaycan vilayətinin Məhkəmə Vəkillərinin İnsan Haqları Komisssiyasının sədr müavini Sina Yusifi özünün Tvitter səhifəsində Qeydiyyat İdarəsinin Türkay adı ilə doğum şəhadətnaməsi veriməli olduğuna dair Təbrizdə məhkəmənin çıxardığı qərarı paylaşıb.
Qərarda bildirilir ki, Qeydiyyat İdarəsinin azərbaycanlı körpənin valideynlərinin ona seçdiyi Türkay adı ilə doğum sənədi verməsində problem yoxdur.
Qeyd edək ki, Təbriz şəhər Qeydiyyat İdarəsi bu ilin yanvarın 1-də azərbaycanlı valideynlərə yeni doğulan körpələrinə Türkay adının türkcə olduğu üçün doğum bəlgəsi verməkdən imtina etmişdi.
Türkayın validenləri bununla bağlı məhkəməyə müraciə edib və 5 aydan sonra məhkəmə Türkay adının qeydiyyata alınması barədə qərar verib.