Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 19:15
Müğənni Sevda Əliqızı illərdir küsülü olduğu keçmiş duet ortağı, Xalq artisti Səməd Səmədovu bağışlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "Birə-bir" verilişində qonaq olarkən danışıb. Bir müddət əvvəl S.Səmədovla heç vaxt bir araya gəlməyəcəyini, onu bağışlamayacağını deyən S.Əliqızı fikrini dəyişdiyini söyləyib:
"Duet oxumaq fikrim yox idi. Pandemiyada nə qədər adam itirdik. Ona görə də kin saxlamaq istəmirəm. Küsülülük saxlamaq olmaz. Pandemiya dərs oldu. Gərək dost olaq, yaxın olaq. Əgər oxumuşuqsa, lazım gəlsə, yenə oxuyacam. Əmr yox, xahiş etsə oxuyacam".
Müğənni sənət adamlarının sənətdən küsməsindən, efirə çıxamamsından bəhs edib:
"Elə insanlar efirdə görünür ki, deyirik bunlardı dəyərli? Baxırsan, deyirsən bunlara dəyər verilir? Biz də küsürük. Deyirik, biz vaxtında böyük səhnələrdə, dövlət tədbirlərində olmuşuq. İndi sənətdən bixəbərlər efirdədir".
Qeyd edək ki, Sevda və Səməd illər əvvəl duet ortağı olub. Sonra Səmədov Sevdanın yaşlandığını söyləyərək, başqa duet ortağı axtarıb.