Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavid Çələbiyev Tokio-2020-yə lisenziya qazandı

Cavid Çələbiyev Tokio-2020-yə lisenziya qazandı

Tarix: 5 Iyun 2021 17:20

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb. Yığmamızın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çəbiyev bu hüquqa yiyələnib.

Milli.Az Azərbaycan Boks federasiyasına istinadən xəbər verir ki, dünya çempionumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesdən (İrlandiya) üstün olub.

Çəbiyev 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada da iştirak edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Milli.Az


Etiketlər:  Cavid Çələbiyev Tokio 2020 lisenziya qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ