Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boksçumuz Alfonso Dominqes Tokio-2020 Olimpiadasına lisenziya qazanıb

Boksçumuz Alfonso Dominqes Tokio-2020 Olimpiadasına lisenziya qazanıb

Tarix: 6 Iyun 2021 07:32

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb. Yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes bu uğura imza atıb.

Milli.Az Azərbaycan Boks federasiyasına istinadən xəbər verir ki, Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu 1/4 finalda İmam Xatayevi (Rusiya) məğlub edib.

Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Milli.Az


Etiketlər:  Boksçumuz Alfonso Dominqes Tokio 2020 Olimpiadasına lisenziya qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ