Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Su içdi, 15 min dollar bəxşiş verdi

Su içdi, 15 min dollar bəxşiş verdi

Tarix: 6 Iyun 2021 13:26

Dünyaca məşhur erməni əsilli Kim Kardaşyandan boşanan amerikalı repçi Kanye Uest bu dəfə səxavətli olması ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Los-Ancelesdəki striptiz klublarının birində barmen işləyən Anessa Rossi TikTok səhifəsində danışıb. O bildirib ki, Kanye ona 15 min dollar bəxşiş verib:

"Kanye yaxınlaşıb yalnız buzlu su istədi. Onun qarşısında rəqs edən qızlara diqqət yetirmədi və özəl rəqs də sifariş etmədi. Bunun əvəzinə mənimlə danışmağa qərar verdi. Mənimlə insanın yaranmasından danışdı. Biz 3-4 saat danışdıq. Daha sonra mənə 15 min dollar (təxminən 25 min 500 manat) verib, onu dinlədiyim üçün təşəkkür edib getdi".

Milli.Az


Etiketlər:  Su içdi 15 min dollar bəxşiş verdi


RƏYLƏR