Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 23:33
Qulançar ən faydalı tərəvəzlərdən biri sayılır. O bir sıra xəstəliklərin qarşısının alınması üçün tövsiyə olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən qulançarın bəzi faydalı xüsusiyyətlərindən bəhs edir.
Qulançarın tərkibində gözləri, dərini, immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dərimizdə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var. Qulançar sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əla mənbəyidir. Bu tərəvəz diabet riskini azaldır. Qulançarın tərkibində xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu var ki, bu da dölün inkişafı üçün çox vacibdir. Böyüklərin əksəriyyəti qulançardan gündə 150 qram folik turşusunun tövsiyə olunan dozasını alır.
Qulançar müntəzəm alkoqollu içkilərin qaraciyərə zərərini azaldır. Bişmiş qulançar, həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Qulançar, həzm sistemindəki faydalı bakteriyaların sayını artıran prebiyotik adlandırıla bilər.
Amma ən diqqətəlayiq cəhət ondan ibarətdir ki, qulançarın bütün faydalı xüsusiyyətləri onun müxtəlif üsullarla bişirilməsi prosesində itmir. Bu tərəvəz qızardıla və qaynadıla bilər, yaxud da buxarda və digər üsullarla bişirilə bilər.