Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 11:40
Minalanmış ərazilərin xəritəsinin verilməməsi müharibə cinayətidir. Azərbaycan beynəlxalq təcrübəyə əsaslanaraq bu istiqamətdə addımlar atmalıdır.
Sonxeber.net REAL TV-yə istinadən xəbər verir ki, ekspertlər hesab edir ki, bunun qarşısı alınmasa, Ermənistanın diversant qruplaşması terror törətməkdə davam edəcək. Çünki işğal olunan ərazilərin əksəriyyəti minalarla "zəhərlənib".
Qeyd edək ki, Azərbaycanın cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi hələ də işğaldan azad olunan ərazilərin xəritəsini verməməkdə israr edir. Buna görə qarşı tərəfə cinayət işi qaldırılıb.